Kraliçadan “Brexit”lə bağlı qadağa


Dünya 09 Sen 2019 22:23:00 235 0

Kraliçadan “Brexit”lə bağlı qadağa

Böyük Britaniya kraliçası II Yelizaveta Avropa Birliyi ilə hər hansı yeni saziş olmadan "Brexit"i (ölkənin Avropa Birliyindən çıxmasını nəzərdə tutur- red.)  qadağan edən qanun layihəsini təsdiqləyib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən qanun layihəsi Baş Nazir Boris Consonun planları ilə ziddiyyət təşkil edir. Belə ki, Conson hər hansı saziş və razılaşma olmadan ölkənin AB-dən çıxmasını oktyabrın 31-dək yekunlaşdırmaq niyyətində idi.

Kraliçanın imzaladığı sənədə əsasən isə, oktyabrın 19-da Böyük Britaniya və AB arasında hər hansı yeni saziş imzalanmayacaqsa, Baş Nazir "Brexit"in gerçəkləşməsi vaxtını 31 oktyabrdan 2020-ci ilin 31 yanvarınadək təxrə salınması üçün Belçikadan möhlət istəməlidir.

Kraliçanın imzaladığı sənəd hökumətin etirazına baxmayaraq, parlament tərəfindən təsdiq olunub.