Qanvermənin sağlamlıq üçün MİSİLSİZ FAYDALARI


Digərləri 09 Sen 2019 22:20:00 387 0

Qanvermənin sağlamlıq üçün MİSİLSİZ FAYDALARI

Aşura günü ölkəmizdə qanvermə aksiyaları keçirilir.

Bu çox gözəl və xeyirxah ənənədir. Bir insandan alınmış qan bir neçə insana kömək edə bilər, kiminsə sağlamlığını, kiminsə isə həyatını xilas edə bilər...

Son.az saglamolun.az-a istinadən bu yazıda oxucularını qanvermənin donorun sağlamlığı üçün olan faydaları ilə tanış edir. Bəli, öz qanını digər insanlarla paylaşan insan bunu etməklə öz orqanizmini daha möhkəm və sağlam edir.

Hələ qədim zamanlardan qanalma müxtəlif xəstəliklər zamanı müalicə üsulu kimi istifadə olunurdu. Müasir tibdə sübut olunub ki, donorluq insanın sağlamlığına nəinki zərər vurmur, əksinə böyük fayda verir.

- Böyüklərin orqanizmində təxminən 5,5 litr qan olur. Qanvermə zamanı 450 qr kimi qan alına bilər ki, bu insanın sağlamlığı üçün heç bir təhlükə yaratmır.

- Qanvermə orqanizmə güclü stimullaşdırıcı təsir edir. Qan hücüyrələri sürətlə bərpa olunur, qan yenilənir, orqanizm yenilənir. Bu isə orqanizmə ümumi möhkəmləndirici və cavanlaşdırıcı təsir edir.

2007-ci ildə Danimarka və İsveçrə həkimləri donorlarla bağlı olan ciddi araşdırmalar apardılar. Nəticədə məlum oldu ki, adi insanla müqayisədə müntəzəm qan verən donorlar arasında dəri, qan, oynaqlar və əzələ, böyrək, ağ ciyər, sinir sistemi və s. xəstəlikləri daha az yayılıb. Donorlar arasında ürək-damar və onkoloji xəstəliklərindən ölüm halları adi insanlarla müqayisədə 25-30% azdır.

- Sübut olunub ki, daim qan verən insanın müxtəlif travmalar, qəzalar və s. nəticəsində  qanaxmadan həlak olmaq riski adi insanla müqayisədə daha azdır. Yəni donor və adi insan eyni travma alarsa, donorun sağ qalmaq ehtimalı daha yüksəkdir. Bu xüsusilə peşələri risklə bağlı olan insanlar üçün (polislər, hərbiçilər, xilasedicilər və s.) vacibdir.

(adsgarden = window.adsgarden || []).push({});