Mikroavtobus dərəyə aşdı


Dünya 09 Sen 2019 19:21:00 249 0

Mikroavtobus dərəyə aşdı

İranın qərbində yerləşən Lorestan vilayətinin Əliqudərz rayonunda mikroavtobus dərəyə aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Lorestan vilayətinin Əluqudərz rayonunun qubernatoru Həmid Kəşküli deyib.

H.Kəşkülinin sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Qubernator əlavə edib ki, yaralılar vertolyot və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır.