Mərkəzi Bank depozit hərracında 100 mln. manat cəlb edib


Digərləri 09 Sen 2019 19:19:48 212 0

Mərkəzi Bank depozit hərracında 100 mln. manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

Bakı. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb. AMB-dən Trend-ə verilən məlumata görə, sentyabrın 9-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib. Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.