Siyəzəndə “Range Rover” aşdı, ölən var


Digərləri 09 Sen 2019 16:58:18 194 0

Siyəzəndə “Range Rover” aşdı, ölən var

Siyəzən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Siyəzən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 8-də saat 1 radələrində Siyəzən şəhəri ərazisində Tofiq İsmayılov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb və hadisə yerində ölüb. Araşdırma aparılır.