İranın Qərbi Azərbaycanında zəlzələ oldu


Digərləri 09 Sen 2019 15:10:00 235 0

İranın Qərbi Azərbaycanında zəlzələ oldu

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 4 bal gücündə zəlzələ baş verib.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Məlumata görə, zəlzələ Qotur məntəqəsinin 15 kilometrliyində 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 14:26 dəqiqədə baş verib.