Azərbaycan məhsulları “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq


Digərləri 09 Sen 2019 15:01:00 391 0

Azərbaycan məhsulları “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq

Azərbaycan məhsulları “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq

Bakı. “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının genişləndirilməsi, istehsalın stimullaşdırılması məqsədi ilə Azərbaycan məhsulları 24-27 sentyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində təşkil edilcək “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq. Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Qeyd edək ki, Azərbaycan artıq 3-cü ildir ki, ənənəvi olaraq “Worldfood 2019” sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək.