Sürücülər, bu yollarda diqqətli olun! Rənglənmə var


Digərləri 09 Sen 2019 14:41:20 274 0

Sürücülər, bu yollarda diqqətli olun! Rənglənmə var

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208 km-də, həmçinin Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bakı. Samir Əli - Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 14-75 km-də qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik səddlərinin təmiri, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208 km-də (Bakı şəhəri istiqamətində), həmçinin Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.