Göygöldə qadını bıçaqla qətlə yetirən KİM imiş?


Digərləri 09 Sen 2019 13:47:30 218 0

Göygöldə qadını bıçaqla qətlə yetirən KİM imiş?

Sentyabrın 8-də saat 4 radələrində Göygöl rayonunun Üçtəpə kəndində yaşayan Günay Cəlilifərhadinin yaşadığı evdə bıçaqla qətlə yetirilməsi barədə Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bakı. Samir Əli - Sentyabrın 8-də saat 4 radələrində Göygöl rayonunun Üçtəpə kəndində yaşayan Günay Cəlilifərhadinin yaşadığı evdə bıçaqla qətlə yetirilməsi barədə Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Məmmədov Bakı şəhərində saxlanılıb.