Azərbaycanın avqust üzrə gündəlik neft hasilatı 749 min barrel olub


Digərləri 09 Sen 2019 13:16:44 223 0

Azərbaycanın avqust üzrə gündəlik neft hasilatı 749 min barrel olub

Respublikada avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barrel olub.

Bakı. Respublikada avqust ayı üzrə gündəlik neft hasilatı 749 min barrel olub. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunun 686 min barrelini xam neft, 63 min barrelini kondensat təşkil edib. Gündəlik 501 min barrel xam neft, 59 min barrel kondensat, 4,5 min barrel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar - avqust aylarında orta gündəlik neft hasilatı 769 min barrel təşkil edib. Energetika Nazirliyi avqust ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.