Azərbaycanda qida rasionunda buğda məhsulları üstünlük təşkil edir


Digərləri 09 Sen 2019 12:26:00 247 0

Azərbaycanda qida rasionunda buğda məhsulları üstünlük təşkil edir

Azərbaycanda qida rasionunda buğda məhsulları üstünlük təşkil edir

Bakı. İlhamə İsabalayeva - Qlobal göstəricilər onu göstərir ki, azərbaycanlılar qida rasionunda dünyanın digər ölkələrindən fərqli olaraq, orta hesabla daha çox buğda məhsulları qəbul edirlər. Trend-in məlumatına görə, bunu Qida Zənginləşdirilməsi Təşəbbüsü (Food Fortification İnitiative) təşkilatının təmsilçisi Sara Tsimmerman Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda deyib. Onun sözlərinə görə, buna görə də Azərbaycanda unun zənginləşdirilməsi, mikronutriyentlərlə təminat çox vacib məsələdir: "Hesab edirəm ki, növbəti illərdə unun zənginləşdirilməsi prosesi və buna nəzarət məsələləri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin üzərinə böyük öhdəliklər düşəcək. Çalışacağıq ki, bu prosesdə sizə dəstək olaq". S.Tsimmerman əlavə edib ki, Asiya regionunda Türkmənistan və Özbəkistan unun zənginləşdirilməsi üzrə geniş təcrübəyə malikdirlər: