Bu gün Abşeronun bir hissəsində işıq olmacayaq


Digərləri 09 Sen 2019 11:40:00 240 0

Bu gün Abşeronun bir hissəsində işıq olmacayaq

Bu gün Abşeron rayonu Məhəmmədi kəndinin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.

Bakı. Samir Əli - Bu gün Abşeron rayonu Məhəmmədi kəndinin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq. Bu barədə Trend-ə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, fasilənin yaranmasına səbəb Bağlar RETSİ-nin xidməti ərazisi olan həmin kəndin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq "Zabrat" yarımstansiyasından çıxan 10 kVt-luq "Məhəmmədi-1" elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləridir.