Ombudsman Aparatından vətəndaşsızlıq vəziyyətində olan şəxslə bağlı: Rusiyaya yola salınıb


Digərləri 09 Sen 2019 11:46:49 63 0

Ombudsman Aparatından vətəndaşsızlıq vəziyyətində olan şəxslə bağlı: Rusiyaya yola salınıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən biri də qayğıya daha çox ehtiyacı olan əhali qruplarının, o cümlədən miqrantların hüquqlarının müdafiəsidir.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən biri də qayğıya daha çox ehtiyacı olan əhali qruplarının, o cümlədən miqrantların hüquqlarının müdafiəsidir. Trend-in məlumatına görə, fəaliyyətə başladığı ilk günlərdən Müvəkkil Elmira Süleymanova bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir, innovativ təşəbbüslər irəli sürür. Bunun bariz nümunəsi kimi Ombudsman təsisatının miqrasiya prosesləri iştirakçılarının hüquqlarının müdafiəsi və təbliği, hüquq pozmalarının qarşısının alınması məqsədilə bir sıra xarici ölkələrin ombudsmanları ilə imzalanmış ikitərəfli əməkdaşlıq sazişləri əsasında görülən işləri qeyd etmək olar. Nəticədə həm həmvətənlərimizin xarici ölkələrdə, həm də xarici vətəndaşların ölkəmiz ərazisində pozulmuş insan hüquqları bərpa edilib. Bundan başqa, qanuni miqrasiyanın təbliği məqsədilə yerlərdə mütəmadi görüşlər və əhatəli müzakirələr keçirilib, həmçinin vətəndaşsızlıq vəziyyətində olan şəxslərin müvafiq sənədlərlə təmin edilməklə statuslarının rəsmiləşdirilməsinə nail olunub. Belə ki, Müvəkkilin bu istiqamətdə həyata keçirdiyi fəaliyyət çərçivəsində uzun müddətdir heç bir təsdiqedici sənədi olmadan Azərbaycan Respublikası ərazisində yaşayan və 18 aydan artıqdır ki, Quba rayon Mərkəzi Xəstəxanasının stasionar şöbəsinə yerləşdirilən görmə qabiliyyətini itirmiş Seryakov Viktor Semyonoviçin vətəndaşlıq mənsubiyyəti müəyyən edilib. Bununla bağlı Müvəkkilin Rusiya Federasiyasının ölkəmizdəki Səfirliyinə müraciəti nəticəsində həmin ölkənin Vladimir şəhərində anadan olmuş V.Seryakovun RF vətəndaşlığına mənsubiyyətinin tanındığı məlum olub. Onun pasportla təmin edilməsi məqsədilə həmin Səfirlik tərəfindən sonuncunun adına Qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. Bununla yanaşı, həmin şəhadətnamənin surəti, həmçinin V.Seryakovun səhhəti ilə bağlı epikriz və digər tibbi sənədləri Quba rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən təsdiq edilərək Vladimir vilayətinin Ombudsmanına göndərilib. V.Seryakovun RF-nın Vladimir vilayətində qohumlarının və qalmağa yerinin olmadığını nəzərə alaraq, Müvəkkilin Rusiya Federasiyasının və Vladimir vilayətinin Ombudsmanlarına müraciətindən sonra onun Vladimir şəhərində yerləşən “Yaşayış yeri olmayan şəxslərin reabilitasiya mərkəzi” dövlət sosial müəssisəsinə qəbul olunması məsələsi həll edilib. V.Seryakov Quba rayon Mərkəzi Xəstəxanasında olan müddət ərzində onun fiziki, tibbi və prixoloji durumu, ehtiyaclarının ödənilməsi məsələlələri diqqətdə saxlanılıb, habelə Müvəkkilin tapşırığı əsasında Ombudsmanının Quba Regional Mərkəzinin təhbəri Bəhruz Əfəndiyev tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülüb.
Dmitri Nazarov: "Qaret Beyl məndən formalarımızı dəyişmək istəyib-istəməməyimi soruşdu" like
  • 09 Sen 11:46  
İdman Dmitri Nazarov: "Qaret Beyl məndən formalarımızı dəyişmək istəyib-istəməməyimi soruşdu"

“Uelsdə öz qapımızda vurduğumuz da daxil olmaqla iki qəribə qol

arrow Ətraflı
Bu gün Abşeronun bir hissəsində işıq olmacayaq like
  • 09 Sen 11:40  
Digərləri Bu gün Abşeronun bir hissəsində işıq olmacayaq

Bu gün Abşeron rayonu Məhəmmədi kəndinin bəzi ərazilərində istehlakç

arrow Ətraflı
Kamal Abdulla: Fəxr edirəm ki, mənim yaradıcılığım böyük qiymətə layiq görüldü  VİDEO like
  • 09 Sen 11:36  
Kriminal Kamal Abdulla: Fəxr edirəm ki, mənim yaradıcılığım böyük qiymətə layiq görüldü VİDEO

Bu gün ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqə

arrow Ətraflı
Paytaxt məktəblərində işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb like
  • 09 Sen 11:33  
Digərləri Paytaxt məktəblərində işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

Paytaxt məktəblərində işə qəbul üzrə müsabiqənin müsahibə mərhəl

arrow Ətraflı
Aşıq Əli əvvəlki formasına qayıtdı  FOTO like
  • 09 Sen 11:32  
Şou-biznes Aşıq Əli əvvəlki formasına qayıtdı FOTO

Ötən il arıqlaması ilə diqqətləri üzərinə çəkən Aşıq Əli yenidə

arrow Ətraflı
Yaponiya qaranlığa qərq oldu like
  • 09 Sen 11:27  
Dünya Yaponiya qaranlığa qərq oldu

Yaponiyada hökm sürən "Faksay" tayfununa görə 835 minə yaxın ev

arrow Ətraflı
İki gündə yol qəzalarında 11 nəfər ölüb like
  • 09 Sen 11:23  
Kriminal İki gündə yol qəzalarında 11 nəfər ölüb

Sentyabrın 7-dən 9-dək daxili işlər orqanlarında qeydə alınmış cinayə

arrow Ətraflı
Kürdəmirdə ağır qəzada xəsarət alanların VƏZİYYƏTİ like
  • 09 Sen 11:19  
Digərləri Kürdəmirdə ağır qəzada xəsarət alanların VƏZİYYƏTİ

Ötən gün Kürdəmir rayonunda baş verən ağır yol qəzasında xəsarət al

arrow Ətraflı
Gəncədə ƏMƏLİYYAT: like
  • 09 Sen 11:18  
Kriminal Gəncədə ƏMƏLİYYAT:

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyy

arrow Ətraflı
Həbsdəki xalası oğluna peçenyenin içərisində mobil telefon keçirmək istədi, amma... (FOTO) like
  • 09 Sen 11:14  
Digərləri Həbsdəki xalası oğluna peçenyenin içərisində mobil telefon keçirmək istədi, amma... (FOTO)

Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşıs

arrow Ətraflı
Bankda işləyən sevgilsini öldürən polis Bakıda tutuldu like
  • 09 Sen 11:14  
Kriminal Bankda işləyən sevgilsini öldürən polis Bakıda tutuldu

Göygöl rayonunda keçmiş iş yoldaşını öldürən şəxs saxlanılıb.

arrow Ətraflı
"Unibank" təhsil işçiləri üçün kampaniyanın vaxtını uzadıb like
  • 09 Sen 11:09  
Digərləri "Unibank" təhsil işçiləri üçün kampaniyanın vaxtını uzadıb

Bu həftənin sonunadək “Unibank”dan 20.000 manatadək nağd kredit götür

arrow Ətraflı
21 yaşlı Aydan: "Əvvəlcə ərim, sonra isə anam məni kişilərə satdı" like
  • 09 Sen 11:09  
Digərləri 21 yaşlı Aydan: "Əvvəlcə ərim, sonra isə anam məni kişilərə satdı"

21 yaşlı Aydan (ad şərtidir) əri və anası tərəfindən cinsi zorakılı

arrow Ətraflı
Hindistan ilk dəfə Aya gəmi göndərdi, o da itdi... like
  • 09 Sen 11:05  
Dünya Hindistan ilk dəfə Aya gəmi göndərdi, o da itdi...

Hindistan ilk dəfə Aya kosmik gəmi göndərilməsini həyata keçirib. Lakin

arrow Ətraflı