Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəlib


Digərləri 09 Sen 2019 09:56:00 231 0

Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib.

Bakı. Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri keçirilib. Azərbaycan millisinin idmançısı Murad Allahverdiyev yarışın yarımfinalına vəsiqə əldə edib. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 81 kq çəkidə mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda belaruslu Raman Kazyankovla üz-üzə gəlib. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb. M. Allahverdiyev rəqibinə 4:0 (30:26, 30:26, 30:26, 30:26, 28:28) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. Boksçumuz finala vəsiqə üçün rusiyalı İlya Boqatıryovla döyüşəcək.