Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlandı


Digərləri 09 Sen 2019 09:29:20 197 0

Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlandı

Faktla bağlı araşdırma aparılır.

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsinin gizli saxlanc yerindən beş ədəd "Mİ A3" markalı mobil telefon aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.