Şəhərkənarı kirayə mənzil bazarı canlanır


Digərləri 09 Sen 2019 02:30:00 235 0

Şəhərkənarı kirayə mənzil bazarı canlanır

Kirayə mənzil bazarında zonalar üzrə tələbatda və qiymətlərdə dəyişikliklər baş verir. Aktivlik mərkəzdən şəhər kənarına doğru hərəkət edir. Tələbələrin gəlişi avqustun sonları və sentyabrda kirayə mənzil bazarında xüsusi canlanma yaradır.

Son.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli bildirib.

O qeyd edib ki, ümumiyyətlə kirayə mənzil bazarının əsas istehlakçıları tələbələrdir. Onun sözlərinə görə, paytaxtda aparılan tikinti işləri kirayə mənzil bazarına təsir edib.

N.İbrahimli vurğulayıb ki, əvvəllər "sovetski, xutor, kubinka, alatava" kimi ərazilər üstünlük təşkil edirdisə, son bir neçə il ərzində bu ərazilərdə söküntünün həcmi artdığından kirayə mənzil tutmaq istəyənlər yeni yasamal, mikrorayon, badamdar ərazilərinə üz tuturlar.

Ekspert əlavə edib ki, yeni tikililərdə də mənzil kirayələməyə maraq göstərənlər var. Amma bu, binanın yerləşdiyi ərazidən daha çox asılıdır.