Mərakeşdə avtobus qəzasında ən azı doqquz nəfər ölüb


Digərləri 08 Sen 2019 21:16:40 207 0

Mərakeşdə avtobus qəzasında ən azı doqquz nəfər ölüb

Mərakeşin şərqindəki ər-Rəşidiyyə vilayətində avtobus qəzasında ən azı doqquz nəfər həyatını itirib

Bakı. Mərakeşin şərqindəki ər-Rəşidiyyə vilayətində avtobus qəzasında ən azı doqquz nəfər həyatını itirib. Trend-in məlumatına görə, bu barədə yerli hakimiyyət xəbər yayıb. Bildirilir ki, ər-Rəşidiyyə vilayətindəki Kantara Vad rayonunda baş verən daşqınlar nəticəsində avtobus aşıb. Qeyd olunur ki, 29 şərnişin xilas edilib, zərərçəkənlər lazımi tibbi yardım almaq üçün xəstəxanaya çatdırılıb.