Dünyanın boş qalmış ən nəhəng otel binasının maraqlı tarixçəsi FOTO


Digərləri 08 Sen 2019 19:44:00 283 0

Dünyanın boş qalmış ən nəhəng otel binasının maraqlı tarixçəsi  FOTO

1987-ci ildə Şimali Koreyanın paytaxtında piramida şəklində super hündürlüyə malik olan (304 metr) və 3 min otaqlı otelinin təməli qoyuldu. Binada panoramlı mənzərənin göründüyü 5 fırlanan restoran da nəzərdə tutulmuşdu. "The Ryugyong Hotel" adlanan bu nəhəng mehmanxana binasının (Koreya dilində "Söyüdlü paytaxt") tikintisinin iki ildən sonra istifadəyə verilməsi planlaşdırılırdı. Lakin tikintisi başa çatan otel binası bu günədək boş olaraq qalır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1992-ci ildə "The Ryugyong Hotel" plana uyğun hündürlüyə çatdırılıb və növbəti 16 ildə boş qalıb. O, paytaxtın mərkəzində tənha və nəhəng raket formalı abidəni xatırladır. Ətrafındakı bütün göydələnlərin cırtdan kimi göründüyü bu binaya xalq arasında "Tale oteli" adı verilib. Onun Pxenyana faydası isə gecə vaxtı rəngli işıqlandırmanın şüşə-metal konstruksiyalı binaya verdiyi gözəllikdir. Otelin tikintisi bir neçə uzun fasilələr ilə davam etdirilib və insanlar arasında onun haçansa istifadəyə veriləcəyi barədə söz-söhbət yaranıb. Bina bu günədək dünyanın boş qalan ən nəhəng otelidir.

"Soyuq müharibə"nin yadigarı

"The Ryugyong Hotel" "Soyuq müharibə" dövründə ABŞ-ın dəstəklədiyi Cənubi Koreya ilə SSRİ-nin himayə etdiyi Şimali Koreya arasında rəqabətin məhsuludur. Onun təməlinin qoyulmasından bir il əvvəl Cənubi Koreya firması Sinqapurda dünyanın ən hündür "Westin Stamford" otelinin tikintisini başa çatdırıb. Bu ölkənin paytaxtı Seul da 1988-ci il Qış Olimpiya Oyunlarına hazırlıq çərçivəsində bir neçə göydələni istifadəyə verib.

Bu uğurlara cavab vermək istəyən Pxenyan isə 1989-cu ildə Olimpiya Oyunlarının sosialist versiyası olan Dünya Gənclər və Tələbələr Festivalını keçirmək ideyasını irəli sürüb. Bu məqsədlə həmin ilədək nəhəng otelin tikilməsi nəzərdə tutulub, lakin onun inşaat işlərini yarışların başlanmasınadək başa çatdırmaq və Cənubi Koreyadan irəli keçmək mümkün olmayıb. Festivalın keçirilməsinə və otelin tikintisinə milyardlarla dollar xərcləyən hökumət bu çərçivədə yeni stadion tikib, Pxenyan aeroportunu modernləşdirib və yollar salıb. Lakin Şimali Koreyaya böyük məbləğdə maliyyə yardımı göstərən Sovet İttifaqının süqutu ərəfəsində Pxenyan da çətin vəziyyətə düşüb. Dərin iqtisadi böhran səbəbindən 1992-ci ildə "The Ryugyong Hotel"in tikintisində tamamlama işləri tamamilə dayandırılıb.

Təbliğat ruporuna çevrilən nəhəng binalar

Sinqapurun məşhur arxitektoru Kelvin Çua Pxenyan urbanizminin xüsusiyyətlərini tədqiq edib. Onun sözlərinə görə, Şimali Koreyanın paytaxtında olan əzəmətli binaların əksəriyyəti ölkə rəhbərlərinin təbliği üçün tikilib. "Bu binalarda texnologiyanın son nailiyyətləri olan inşaat materiallarından istifadə olunmayıb, amma onlar konkret məqsədlər üçün tikilib. Bu yolla siz ecazkar bina tikə bilməzsiniz, Şimali Koreyanın paytaxtında yalnız konusvarı zirvəsi olan binalara üstünlük verilir. Düşünürəm ki, bu memarlıq üslubu Koreya müharibəsinin nəticələri ilə bağlıdır", - deyə o qeyd edib. Arxitektorun sözlərinə görə, əzəmətli "The Ryugyong Hotel" binası da nəhəng raketi xatırladır və bu cür layihələr kommunist ölkələrinin çoxuna xas olub. O əlavə edib ki, otel binası əslində dağ formasında tikilməli idi, çünki yüksək zirvəsi olan dağ bu ölkənin rəmzidir. Lakin son nəticədə konusvarı və piramidaya bənzər bina alındı.

Otel binasının ikinci "həyatı"

(adsgarden = window.adsgarden || []).push({});