Yasamalda intihara cəhdin qarşısı alınıb


Digərləri 08 Sen 2019 18:29:00 224 0

Yasamalda intihara cəhdin qarşısı alınıb

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə daxil olaraq intihara cəhdin qarşısını alıblar.