Honq Konqda iğtişaşlar nəticəsində 19 nəfər xəsarət alıb


Digərləri 08 Sen 2019 15:58:09 204 0

Honq Konqda iğtişaşlar nəticəsində 19 nəfər xəsarət alıb

Honq Konqda etiraz aksiyasını iştirakçıları və polislər arasında toqquşmalar baş verib

Bakı. Honq Konqda etiraz aksiyasını iştirakçıları və polislər arasında toqquşmalar baş verib. Trend-in "RTHK" radiostansiyasına istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan 2-sinin vəziyyəti ağırdır. Bildirilir ki, əsas toqquşmalar Monqkok rayonunda baş verib. Radikal xarakterli etirazçılar polis idarəsinin yaxınlığında avtomobil yollarını bağlamağa çalışıblar.