Sel 790 abonenti qazsız qoydu VİDEO


Digərləri 08 Sen 2019 15:32:00 206 0

Sel 790 abonenti qazsız qoydu  VİDEO

Goranboyda yağan güclü yağış bir sıra fəsadlara yol açıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, çay keçidinə güclü sel gələrək Veyisli qəsəbəsinə gedən poletilen qaz xəttini 2 hissəyə bölüb. 

"Azəriqaz"dan verilən məlumata görə, səhər saatlarında qaz təminatında fasilə yaranıb. Lakin günorta saatlarında  2200 abonentin qaz təminatı bərpa olunub. Hazırda qəza baş verən ərazidə sel suları axdığı və ətraf bataqlıq olduğu üçün 790 abonentin qaz təminatını bərpa etmək mümkün deyil.