Fransada "sarı jiletlilər"in növbəti aksiyasında 120dən çox nümayişçi saxlanılıb


Dünya 08 Sen 2019 12:07:00 197 0

Fransada "sarı jiletlilər"in növbəti aksiyasında 120dən çox nümayişçi saxlanılıb

Parisdə "sarı jiletlilər"in etiraz aksiyasında azı 89 nəfər saxlanılıb.

Son.az APA-ya istinadən xəbər ki, bu barədə "Parisien" qəzeti paytaxt polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, şənbə günü keçirilən nümayişlərdə Fransada 120 nəfərdən çox - Parisdə 89 nəfər, Ruanda 26 nəfər, Bordoda 6 nəfər və Monpelyedə 2 nəfər saxlanılıb. Paris küçələrində onlarla nümayişçi küçələrə çıxıb.

"Parisdəki nümayişlər zamanı hüquq-mühafizə qüvvələrinin iştirakı xüsusilə kobud rəftara görə 89 nəfərin həbs olunmasına imkan yaradıb", - polisin məlumatında qeyd olunur.