Yevlaxda yarımstansiyanın ərazisində yanğın olub


Digərləri 08 Sen 2019 09:19:14 212 0

Yevlaxda yarımstansiyanın ərazisində yanğın olub

Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus 110 kVt olan yarımstansiyanın ərazisində baş verən qısa qapanma nəticəsində ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kVt olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb

Bakı. Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus 110 kVt olan yarımstansiyanın ərazisində baş verən qısa qapanma nəticəsində ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kVt olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, tikilinin içərisində yerləşən 25 ədəd qoruyucu açarlar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​