"Coker" filmi Venesiya Film Festivalının əsas mükafatına layiq görülüb


Digərləri 08 Sen 2019 08:39:00 297 0

"Coker" filmi Venesiya Film Festivalının əsas mükafatına layiq görülüb

Venesiya Film Festivalının "Müqəddəs Markın Qızıl Aslanı" mükafatına amerikalı Todd Fillipsin "Coker" filmi layiq görülub.

Son.az Trend-ə istinadən bildirir ki, Lido adasındakı Kino Sarayında keçirilən mərasim Venesiya Biennalesinin saytında yayımlanıb.

76-cı Venesiya Film Festivalının ən yaxşı aktyoru "Martin Eden" filmində oynayan italyan Luka Marinelli seçilib. Film Cek Londonun eyni adlı romanı əsasında çəkilib.

Həmin filmdə L.Marinelli Martin İden rolunda çəkilib.

(adsgarden = window.adsgarden || []).push({});