Kanada sahillərində Dorian qasırğası yenidən ikinci kateqoriyaya yüksəlib


Dünya 08 Sen 2019 08:28:00 250 0

Kanada sahillərində Dorian qasırğası yenidən ikinci kateqoriyaya yüksəlib

Son bir neçə sutka ərzində bir qədər zəifləyən Atlantik okeanında Dorian qasırğası yenidən Saffir - Simpson şkalası üzrə ikinci dərəcəyə yüksəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Qasırğaları Müşahidə üzrə Milli Mərkəzi deyib.

Mərkəzin son hesablamalarına görə, atmosfer fenomeni daxilində küləyin maksimal sürəti 44,7 m/s-dən çoxdur.

Küləyin bu cür əsməsi ağacların yıxılmasına və ya pəncərələrin şüşələrinin qırılmasına səbəb ola bilər.