Tovuzda işıqforda piyadaları maşın vurdu


Digərləri 07 Sen 2019 23:31:00 222 0

Tovuzda işıqforda piyadaları maşın vurdu

Tovuzda üç piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "VAZ 2107" markalı avtomobil işıqforda yolu qarşı tərəfə keçmək istəyən üç piyadanı vurub. Xəsarət alan 54 yaşlı Məhluqə Məmmədova, 18 yaşlı Səbinə Namazova, 13 yaşlı İsmayıl Məmmədov xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.