İmam Hüseyn üçün tökülən göz yaşının bərəkətlər


Digərləri 07 Sen 2019 23:10:00 210 0

İmam Hüseyn üçün tökülən göz yaşının bərəkətlər

İmam Hüseyn (ə) üçün tökülən göz yaşının çox sayda bərəkət və fəziləti vardır ki, onların bəzisi ilə tanış olaq:

1. İmam Hüseyn (ə) inqilabını ayaqda saxlayar. Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) üçün əzadarlıq məclisləri təşkil etmək və onun üçün ağlamaq İmam Hüseyn (ə) inqilabını canlı saxlayar və unudulmağa qoymaz. Zülmə və zalıma qarşı hiss aşılayar. İnsan ən yaxşı şəkildə dinə tərəf dəvət edər və qəflət yuxusundan ayıldar. Cahillər bu cür məclislərdə yuxudan ayılar və İmam Hüseyn (ə) məktəbindən çox şeylər öyrənərlər. İmam Hüseyn (ə) davamçısı əza saxlayaraq bilir ki, alçaqlığı, zilləti və istismar olmağı qəbul etmək olmaz. İmam Hüseynin (ə) şüarı zülmə əyilməmək idi.

2. İmam Hüseynə (ə) olan sevgi artar. İmam Hüseyn (ə) aşiqlərinin ürəyində həmişə yanğı vardır. Əslində İmamın (ə) məzlumiyyətinə görə tökülən göz yaşı sevgi və məhəbbətdən qaynaqlanır. Bu göz yaşları İmama (ə) olan sevgini artırır və düşmənlərinə qarşı nifrət hissini çoxaldır. Bu göz yaşları agah və bəsirətli halda tökülər. Əslində onun qatillərinə edilən bir etirazdır.

3. Dinin həqiqəti ilə tanış olmaq. İmam Hüseyn (ə) üçün təşkil edilən əza məclislərinin başqa bir bərəkəti budur ki, insanlar əza məsliclərinin sayəsində dinlə tanış olarlar. Bu məclislər insanların dinə olan əlaqəsini gücləndirər və möhkəm edər. Çünki Quran və əhli-Beyt (ə) bir-birindən ayrılmaz iki dəyərli əmanətdir. Bu cür mətamlərdə insanlar din haqqında agahlıq əldə edərlər.

4. Günahlar bağışlanar. Rəban ibni Şəbib İmam Rzadan (ə) nəql edir ki, buyurub: "Ey Şəbibin oğlu! Əgər Hüseynə (ə) ağlasan və göz yaşın yanağından axsa, Allah kiçik və böyük, az və çox günahlarını bağışlayar".

İmam Rza (ə) yenə buyurub: "Göz yaşı tökən İmam Hüseyn (ə) kimi insan üçün göz yaşı tökməlidir, çünki onun üçün ağlamaq böyük günahları aradan aparar".

5. Behiştdə sakin olmaq. İmam Baqir (ə) buyurur: "O mömin ki, Hüseyn (ə) əzasında göz yaşı tökər və bu göz yaşı yanağından axar, Allah onu uzun illər behişt otaqlarında sakin edər".

(adsgarden = window.adsgarden || []).push({});