Ölümə səbəb olan


Digərləri 07 Sen 2019 21:55:00 236 0

Ölümə səbəb olan

Dünyada insanlar ən çox ürək-damar və xərçəng xəstəliklərindən dünyasını dəyişir.

Son.az medicina.az-a istinadən bildirir ki, Avropa Kardioloqlar Cəmiyyəti dünyanın müxtəlif bölgələrində apardığı araşdırmalar  nəticəsində belə bir qənaətə gəlib.

Avropalı kardioloqların qənaətinə görə, ürək-damar xəstəliklərindən ölənlərin sayı dünyanın həm inkişaf etmiş, həm inkişaf etməkdə olan, həm də inkişaf etməmiş ölkələrində qeydə alınır. Dünyanın inkişaf etmiş ölkələrində isə  insanlar daha çox xərçəng xəstəliyindən dünyasını dəyişir. Bu da həmin ölkələrdə  tibbin inkişaf etməsi və tibb xidmətinin əhali üçün əlçatan olması ilə izah olunur.

Kardioloqların qənaətinə görə, hansı ölkələrdə ki, səhiyyə lazımınca inkişaf etməyib, səhiyyənin xidməti aşağıdır və əlçatan deyil, o  ölkələrdə insanlar daha çox ürək-damar xəstəliklərindən dünyasını dəyişir.

(adsgarden = window.adsgarden || []).push({});