Renault 2020ci ildə yeni kompakt krossover təqdim edəcək


Digərləri 07 Sen 2019 20:55:00 208 0

Renault 2020ci ildə yeni kompakt krossover təqdim edəcək

Fransanın Renault brendi 2020-ci ildə kompakt krossoverin yeni modelini təqdim etmək niyyətindədir.

Son.az ted.az-a istinadən bildirir ki, bu model NVS kod işarəsi altında təklif olunur. Həmçinin istehsalçıların avtomobil üçün CMF-A+ platformasını tətbiq edəcəkləri fərziyyə edilir. Krossoverin uzunluğu 4 metrdən bir qədər azdır. Bazarda əsas rəqiblər hazırda məşhur Suzuki Vitara Brezza, Hyundai Venue modelləri olacaq.

Ekspertlər hesab edirlər ki, fransız krossoverinin rəsmi satışı 2021-ci ildə reallaşacaq. Yeniliyin kapotu altında 1 litrlik turbinləşdirilmiş mühərrik yerləşdirəcək, lakin onun təfərrüatları hələlik açıqlanmır. Bununla yanaşı, alıcılar mexaniki və ya avtomatik transmissiya ilə olan modifikasiyanı seçə biləcəklər.

(adsgarden = window.adsgarden || []).push({});