Dünyanı titrədən terror aktı barədə qalmaqallı açıqlama: İnsanlar ölməyə bilərmiş


Dünya 07 Sen 2019 15:54:00 279 0

Dünyanı titrədən terror aktı barədə qalmaqallı açıqlama: İnsanlar ölməyə bilərmiş

Rusiya Prezidenti Vladimir Putin 2001-ci il 11 sentyabr terror aktlarından iki gün əvvəl amerikalı həmkarı Corc Buşu gözlənilən mümkün terror hücumu barədə xəbərdar edibmiş.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Corc Bibi öz kitabında deyib.

Türkiyənin terrorla mübarizə əməliyyatlarına kimlər mane olur - politoloq şərhi

Bibinin "Rusiya tələsi: Rusiya ilə kölgə müharibəmiz necə nüvə böhranına gətirib çıxara bilər" adlı kitabı bu həftə Birləşmiş Ştatlarda işıq üzü görüb. Corc Bibi keçmişdə MKİ-nin Rusiya məsələləri üzrə analitik bölməsinin rəhbəri olub. İndi isə o, Vaşinqtonda yerləşən Milli Maraqlar Mərkəzinin vitse-prezidentidir.

"Putin bu hücumdan iki gün əvvəl Prezident Buşa zəng edərək onu xəbərdar edib ki, Rusiya kəşfiyyatı hazırlanmaqda olan terror kampaniyasının əlamətlərini aşkar edib", - Bibi kitabında deyib.

(adsgarden = window.adsgarden || []).push({});