Bakıda mağazanın vitrinindən qızıl əşyalar oğurlayan şəxs tutulub


Digərləri 07 Sen 2019 15:41:00 204 0

Bakıda mağazanın vitrinindən qızıl əşyalar oğurlayan şəxs tutulub

Bakıda mağazanın vitrinindən qızıl əşyalar oğurlayan şəxs tutulub

Bakı. Bakıda mağazanın vitrinindən qızıl əşyalar oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki mağazaların birinin vitrinindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Aslanov saxlanılıb.