İranda 10 min nəfər işsiz qala bilər


Digərləri 07 Sen 2019 14:06:26 210 0

İranda 10 min nəfər işsiz qala bilər

İranın cənub-şərqində yerləşən Kirman vilayətində avtomobil sənayesinə lazım olan likvidlik gələn bir ay ərzində əlavə edilməzsə, 10 mindən çox işçi işsiz qala bilər.

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində yerləşən Kirman vilayətində avtomobil sənayesinə lazım olan likvidlik gələn bir ay ərzində əlavə edilməzsə, 10 mindən çox işçi işsiz qala bilər. Trend-in məlumatına görə, bunu İranın Kirman Motor Şirkətinin icra direktoru Saman Firuzi deyib. S.Firuzinin sözlərinə görə, bu, vilayətin avtomobil sənayesinin öz fəaliyyətini dayandırmasına gətirib çıxaracaq. İcra direktoru əlavə edib ki, bununla əlaqədar İranın Mərkəzi Bankı da məlumatlandırılıb: “Ötən illərdə avtomobilqayırma şirkətlərinin likvidliyinin 30-50%-i bazar təmin edirdi. Son bir il ərzində bazardakı durğunluq və devalvasiya nəticəsində istehsalın ehtiyac duyduğu likvidlik 25 dəfə artıb. Likvidlik əlavə olunmadığı halda heç bir bank və ya maliyyə müəssisəsi bu qədər likvidliyi təmin edə bilməz. Ötən bir il ərzində avtomobil istehsalçıları bir tərəfdən avtomobili ziyanla satıblar.