Bakıda 2 “Mercedes” toqquşub, ölən var


Digərləri 07 Sen 2019 13:40:00 226 0

Bakıda 2 “Mercedes” toqquşub, ölən var

Xətai rayonunun M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Xətai rayonunun M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da saat 9 radələrində Xətai rayonunun M.Hadi küçəsində Q.Ramazanovun və O.Süleymanovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə O.Süleymanovun sərnişini olan arvadı Reyhan Süleymanova hadisə yerində ölüb.