Dəmiryolçuların idman spartakiadası keçirilir (FOTO)


Digərləri 07 Sen 2019 12:45:00 200 0

Dəmiryolçuların idman spartakiadası keçirilir (FOTO)

“Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramına həsr olunmuş növbəti idman spartakiadasına start verilib.

Bakı. Sentyabrın 6-da Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramına həsr olunmuş növbəti idman spartakiadasına start verilib. Trend-in məlumatına görə, spartakiadanın açılışında Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHRİK) sədri Fəzail Bağırov çıxış edib. O, bildirib ki, son illər ərzində dəmir yolunda bir sıra islahatlar həyata keçirilib. Bütün bu işlərdə MHRİK “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi ilə əlbir fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar. Hər il MHİRK-in müvafiq qərarına uyğun olaraq, 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı ərəfəsində dəmiryolçuların spartakiadası keçirilir. Budəfəki yarışların bir hissəsi isə Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzində reallaşır. Spartakiadanı açıq elan edən komitə sədri idmançılara uğurlar arzulayıb.