Əlilliyi olan şəxslərə ŞAD XƏBƏR


Digərləri 07 Sen 2019 09:34:00 233 0

Əlilliyi olan şəxslərə ŞAD XƏBƏR

Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin iş yerlərinin standartları"nı təsdiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu standartlar tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.

Standartlara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərilmiş, habelə işəgötürənlər tərəfindən işə qəbul edilmiş əlilliyi olan şəxslər Fərdi Reabilitasiya Proqramı və bu Standartlar nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar.

Bu standartlarda göstərilməyən digər istehsalat amilləri mövcud olduğu halda, əlilliyi olan şəxsin işləməsinə icazə verilməsi tibbi-sosial ekspert komissiyası tərəfindən ayrıca hal kimi həll edilir.

Əlilliyi olan şəxslərin iş yerinə dair ümumi tələblərə əsasən, oturaq vəziyyətdə işlərin görülməsi üçün iş səthinin hündürlüyü (masa üstü və s.) 700-750 mm hüdudunda tənzimlənməlidir. İş stolunun üzərindəki aparat, cihaz və digər ləvazimatdan istifadə zamanı qolların çiyin səviyyəsindən qaldırılması zərurəti yaranan iş yerlərində iş səthinin hündürlüyü 630-680 mm hüdudlarında tənzimlənməlidir.