Əfqanıstanda daha bir ABŞ hərbçisi həlak olub


Dünya 07 Sen 2019 08:53:00 215 0

Əfqanıstanda daha bir ABŞ hərbçisi həlak olub

Əfqanıstanda daha bir ABŞ hərbçisi həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, 34-yaşlı serjant Elis Barreto Ortis sentyabrın 5-i Kabulda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.

Məlumata əsasən, həlak olan hərbçi "Azadlıq keşikçisi" əməliyyatında iştirak edirmiş.