MIUI interfeysində təqdim olunan reklam elanlarını deaktiv etmək mümkün olacaq


Digərləri 07 Sen 2019 08:55:00 256 0

MIUI interfeysində təqdim olunan reklam elanlarını deaktiv etmək mümkün olacaq

Xiaomi şirkəti hələ yay fəslinin əvvəlində MIUI interfeysindəki reklam elanlarını optimizasiya etməyə başlamışdı. Lakin indi şirkət reklamları tamamilə deaktiv etməyi düşünür. Bu barədə Mydrivers saytı xəbər verib. Şirkətin məhsullar və MIUI Experience şöbəsi üzrə direktoru Çinin Weibo adlı sosial şəbəkəsində bildirib ki, tərtibatçılar MIUI interfeysi üçün Ad Switch adlı funksiya üzərində çalışırlar.

Son.az technote.az-a istinadən bildirir ki, bu funksiya vasitəsilə istifadəçilər smartfon sistemində təqdim olunan reklam elanlarını deaktiv edə biləcəklər. Lakin təəssüflər olsun ki, bu funksiyanın necə çalışacağı hələ məlum deyil. Belə ki, reklam elanları Xiaomi şirkətinin bütün gəlirinin 10%-ni təşkil edir. Lakin bu funksiyanın istifadəyə verilməsi ilə şirkətin reklam gəlirləri aşağı düşəcək. Ola bilər ki, şirkət bu itkini kompensasiya etməyin başqa bir yolunu tapıb.

Hər halda istifadəçilər reklam elanlarının deaktiv edilməsi funksiyasına çox sevinəcəklər. Sözügedən funskiya hələ test mərhələsindədir və onu növbəti böyük MIUI yenilənməsində aktivləşdirmək planlaşdırılır. Çox güman ki, söhbət, MIUI 11 interfeysindən gedir. Məlumata əsasən MIUI 11 interfeysi 24 sentyabr tarixində Mi Mix 4 flaqman smartfonu ilə birlikdə təqdim ediləcək.

(adsgarden = window.adsgarden || []).push({});