Çin ABŞ-dan kənd təsərrüfatı mallarını almağa hazırdır


Digərləri 07 Sen 2019 07:17:00 175 0

Çin ABŞ-dan kənd təsərrüfatı mallarını almağa hazırdır

Çin hakimiyyəti ticarət danışıqlarının yeni raundundan öncə ABŞ tərəfinə onlardan az miqdarda kənd təsərrüfatı malları almağı təklif edib

Bakı. Çin hakimiyyəti ticarət danışıqlarının yeni raundundan öncə ABŞ tərəfinə onlardan az miqdarda kənd təsərrüfatı malları almağı təklif edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Çinin təklifi ABŞ tərəfinin "Huawei" şirkəti üçün ixrac məhdudiyyətlərini azaltması və ya oktyabrın 1-dən Çin mallarına təyin ediləcək rüsumun daha gec bir müddətə keçirilməsi nəticəsində həyata keçirilə bilər. Daha əvvəl bildirilirdi ki, Çinin baş nazirinin müavini Lyu Xe ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzerə telefonla zəng edib. Telefon danışığı zamanı tərəflər ticarət danışıqlarının yeni raundunun oktyabr ayının əvvəlində Vaşinqtonda keçirilməsi üzrə razılığa gəliblər.