Bakıda ərzaq mağazası yanıb


Digərləri 07 Sen 2019 05:48:53 214 0

Bakıda ərzaq mağazası yanıb

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan mallar 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 30 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​