ABŞda keçmiş hərbçi saxlanılıb


Dünya 06 Sen 2019 23:23:00 228 0

ABŞda keçmiş hərbçi saxlanılıb

ABŞ-ın Hyuston şəhərinin (Texas ştatı) polisi keçmiş ABŞ Dəniz Piyadaları Korpusunun hərbçisini həbs edib.

Son.az Trend-ə istinadən bildirir ki, keçmiş hərbçi Rik Montealvonun avtomobili Hyuston şəhərinin şimalında saxlanılıb.

Məlumata əsasən, keçmiş hərbçinin avtomobilindən odlu silah, snayperlər tərəfindən istifadə olunan kamuflyaj əşyaları və məktəblərdə atışmalar haqqında materiallar tapılıb.