Nazir ailəsinə görə istefa verdi


Digərləri 06 Sen 2019 22:01:00 248 0

Nazir ailəsinə görə istefa verdi

İsveçin Xarici İşlər naziri Marqot Valstryom istefa verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazir bu addımı ailəsinə daha çox vaxt ayırmaq üçün atıb. Valstryom istefa qərarını sosial şəbəkədə elan edib. O, 5 illik fəaliyyəti dövründə ailəsinə və nəvələrinə daha çox vaxt ayıra bilmədiyini deyib və bu qərarı qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, Valstryom ölkəsinin 2014-cü ildə Fələstini müstəqil dövlət kimi tanımasından hər zaman qürur duyduğunu tez-tez dilə gətirənlərdən olub.

(adsgarden = window.adsgarden || []).push({});