Beynimizi gücləndirmək üçün nələr etməliyik?


Digərləri 06 Sen 2019 21:40:00 242 0

Beynimizi gücləndirmək üçün nələr etməliyik?

Sadə üsullarla beynimizi və sinir sistemimizi gücləndirə bilərik.

Son.az yenicag.az-a istinadən bildirir ki, beynin sağlamlığı üçün müxtəliflik və maraq önəmlidir. Yeni kəşflər etmək, dünyanı maraqlı gözlərlə seyr etmək diqqətimizi cəmləməkdə ən böyük böyük yardımçılardır. Unutqanlıq, dalğınlıq kimi hallardan şikayətçisinizsə bir neçə beyin məşqini həyatınıza daxil etməlisiniz.

Həmin üsullardan bir  neçəsini  təqdim edirik:

Oyun oynayın. Uşaqların bir bildiyi var imiş. Tapmacalar, "Sudoku" kimi rəqəmsal oyunlar zəkanızı işlətməyinizə kömək edəcək. Təbii ki, saatlarla kompüter arxasında oturmaq yox. Mütəxəssislər düşünür ki, oyun oynamaq üçün hər gün 15- 30 dəqiqə kifayət edir.

Meditasiya edin. Hər gün 10 dəqiqə meditasiya zehninizi boşaltmağınıza, sinir sisteminizi rahatlatmağınıza kömək edəcək. Sadəcə oturub, nəfəsinizi dinləyin və bədəninizi rahatlaşdırmağa çalışın.

(adsgarden = window.adsgarden || []).push({});