Bakıda evdən 4700 manat oğurlayan Qax sakini saxlanılıb


Digərləri 06 Sen 2019 20:54:00 217 0

Bakıda evdən 4700 manat oğurlayan Qax sakini saxlanılıb

Bakıda evdən 4700 manat oğurlayan keçmiş məhkum saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş H.Qocayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.