73 yaşında ana olan qadının əri infarkt keçirdi


Dünya 06 Sen 2019 20:39:00 251 0

73 yaşında ana olan qadının əri infarkt keçirdi

Xəbər verdiyimiz kimi, Hindistanın cənubundakı Andhra Pradeş ştatında 73 yaşında bir qadın süni mayalanma yolu ilə hamilə qalıb və əkiz qız uşağı dünyaya gətirib. Bundan sonra onun 82 yaşlı əri infarkt diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda ana və əkizlərin sağlamlıq vəziyyəti yaxşıdır. Qeyd olunub ki, Manqayamma Yaramati adlı qadın və əri həyatları boyu uşaq arzusu çəkiblər. Qadının əri Sitarama Rajarao bildirib ki, o, həddindən çox xoşbəxtdir. Onun xəstəxanaya düşməsinin məhz sevincdən olduğu bildirilir. Ahıl cütlük əkizlərin dünyaya gəlməsini həyatlarının ən xoşbəxt anı olduğunu da deyiblər.

2016-cı ildə Hindistanda Daljinder Kaur adlı 70 yaşındakı qadın da süni mayalanma nəticəsində bir uşaq dünyaya gətirib.

(adsgarden = window.adsgarden || []).push({});