"BP" Direktorlar Şurasının sədri Azərbaycanda şirkətin biznesi ilə tanış olur


Digərləri 06 Sen 2019 14:41:26 225 0

"BP" Direktorlar Şurasının sədri Azərbaycanda şirkətin biznesi ilə tanış olur

“BP Group” şirkətinin Direktorlar Şurasının sədri Helge Lund Bakıya ikigünlük işgüzar səfər edib.

Bakı. Sara İsrafilbəyova - “BP Group” şirkətinin Direktorlar Şurasının sədri Helge Lund Bakıya ikigünlük işgüzar səfər edib. Bu barədə Trend-ə “BP Azerbaijan”dan bildiriblər. Məlumata əsasən, bu ilin yanvar ayında vəzifəyə təyin olunmuş H.Lund BP-nin aparıcı biznes regionları ilə tanış olur: “Lundun səfər proqramına “BP Azerbaijan”ın rəhbərliyi və əməkdaşları işə görüşlər daxildir. Bu görüşlər zamanı o, BP-nin regiondakı biznesinin bütün aspektləri barədə məlumat alıb”.