Aşura günündə 33 yerdə qanvermə aksiyası keçiriləcək - SİYAHI (FOTO)


Digərləri 06 Sen 2019 14:27:00 183 0

Aşura günündə 33 yerdə qanvermə aksiyası keçiriləcək - SİYAHI (FOTO)

Bu il Məhərrəmlik ayında Aşura günü münasibətilə 25 şəhər və rayonda 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Bu il Məhərrəmlik ayında Aşura günü münasibətilə 25 şəhər və rayonda 33 yerdə qanvermə aksiyası keçiriləcək. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər. Qeyd edilib ki, aksiyalar 25 məscid və ziarətgahda, 8 səhiyyə müəssisəsində təşkil olunacaq. Bakıda 8 rayon üzrə 15 yerdə qanvermə aksiyası keçiriləcək. Onun 13-ü məscid və ziyarətgahlar, 2-si səhiyyə müəssisələridir. Bu il qanvermə aksiyalarının keçiriləcəyi yerlərin sayı ötən il ilə müqayisədə artıb. Belə ki, ötən il 24 rayon və şəhər üzrə 28 yerdə qanvermə aksiyası keçirilmişdi.