Peşə məktəblərinə qəbulun NƏTİCƏLƏRİ açıqlanıb


Digərləri 06 Sen 2019 13:36:34 210 0

Peşə məktəblərinə qəbulun NƏTİCƏLƏRİ açıqlanıb

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.