“Kaspersky Security” bundan sonra “OneDrive” buludunu da qoruyacaq


Digərləri 06 Sen 2019 12:13:33 231 0

“Kaspersky Security” bundan sonra “OneDrive” buludunu da qoruyacaq

“Kaspersky Lab” “Microsoft Office 365”in korporativ bulud poçtunu qorumaq üçün tətbiq olunan həllin yeni versiyasını təqdim etdi.

Bakı. “Kaspersky Lab” “Microsoft Office 365”in korporativ bulud poçtunu qorumaq üçün tətbiq olunan həllin yeni versiyasını təqdim etdi. Yeni versiya təkcə “Exchange Online” xidmətində deyil, həm də “OneDrive” yaddaşında kiber təhdidləri tanıyır və məhdudlaşdırır. Yenilənmiş həll, elektron poçtu zərərli əlavələr, spam, fişinq, həmçinin əvvəllər məlum olmayan təhdidlərdən qorumaq üçün evristik metodlardan, maşın biliklərindən və digər yeni nəsil texnologiyalardan istifadə edir. Bulud qoruması təşkilatlara rahatlıq, operativlik və istənilən vaxtda və yerdə işləmək imkanı verir. Eyni zamanda, korporativ məlumatların belə saxlanması potensial risklər daşıyır, çünki çox sayda faylların arasında şübhəli nəsə görmək həmişə mümkün olmur.