Binədə 4 evdən oğurluq edən şəxs saxlanılıb


Digərləri 06 Sen 2019 12:03:00 188 0

Binədə 4 evdən oğurluq edən şəxs saxlanılıb

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə Binə qəsəbəsindəki bir neçə evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

Bakı. Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə Binə qəsəbəsindəki bir neçə evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, avqust ayı ərzində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisindəki 4 evdən pul, qızıl-zinət əşyaları, kompüter, mobil telefon və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib. 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olmuş Azər Mirzəyev qısa müddətdə müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməlləri etiraf edib.