Şəkidə 52 kq narkotik yandırıldı FOTO


Digərləri 06 Sen 2019 11:17:00 257 0

Şəkidə 52 kq narkotik yandırıldı  FOTO

"Xaş-xaş 2019" əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, rayonun İbrahimkənd kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində ümumi çəkisi 52 kiloqrama yaxın olan 225 ədəd narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.